12px13px15px17px
Tarix:30/01/19

Alimlər “Wi-Fi” siqnallarını elektrik enerjisinə çevirən elastik qurğu ixtira ediblər

“Rectenna” adlı yeni qurğu elektromaqnit enerjisini sabit cərəyana çevirir. Massaçusets Texnologiya İnstitutu və Madrid Texniki Universitetinin əməkdaşlarının birgə səyi nəticəsində hazırlanmış bu cihaz dəyişən cərəyan siqnalları şəklində olan elektromaqnit dalğalarının udulması üçün radiotezlik antenasından istifadə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, dəyişən cərəyan siqnalları onları sabit cərəyana çevirən (təxminən 40 mikrovatt) ikiölçülü yarımkeçiriciyə göndərilir. Bu, çox deyil, amma işıq diodu və ya silisium çiplərinin enerji ilə təmini üçün kifayətdir. “Rectenna” qurğusu elastik olduğundan onu, məsələn, divar kağızları və ya kiçikölçülü yığcam cihazlarda istifadə etmək olar. Bundan başqa, yeni texnologiya, həmçinin tibbi implantlarda tətbiq edilə bilər.
 
"Pasiyent tərəfindən udulan tibbi cihazların enerji ilə təmini üçün standart batareyalardan istifadə etmək kifayət qədər təhlükəlidir, çünki cüzi miqdarda litium itkisi olsa, insan ölə bilər. Bədən daxilində olan bu kiçikölçülü qurğuları enerji ilə təmin etmək üçün ətraf mühitdən enerji toplamaq daha praktikdir" – Madrid Texniki Universitetinin mühəndisi Hesus Qrahal deyib.
 
Emil Hüseynov





Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024