Tarix:30/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 1 TB tutuma malik eUFS daşıyıcısı beşinci nəsil “V-NAND” fləş yaddaşı əsasında yaradılıb və “microSD” analoqlarla müqayisədə məlumatlar üzərində 10 dəfə daha sürətli əməliyyat apara bilir. Ardıcıl oxuma sürəti 1000 MB/s (müasir “SATA SSD” disklərlə müqayisədə iki dəfə daha sürətli), yazma sürəti isə 260 MB/s-dək təşkil edir.
Yeni fləş daşıyıcısının ölçüləri (11,5x13,0 mm) modulu smartfonun nazik korpusunda yerləşdirməyə imkan verir. 5 QB-lıq videofaylın yazılması 5 saniyə vaxt alır.
Emil Hüseynov
“Samsung” rekord tutuma malik yaddaş modulu təqdim edib
Smartfon sahibləri üçün rahat iş və mobil əyləncələrə daha çox yer tələb olunur, buna görə bir çox smartfon istehsalçıları yaddaş kartları üçün slotlardan imtina etməyə tələsmir. “Samsung”un mühəndisləri bu problemin həlli üçün fərqli yol seçiblər. Bu gün şirkət mobil qurğular üçün dünyada ilk quraşdırılan rekord tutumlu fləş daşıyıcı təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 1 TB tutuma malik eUFS daşıyıcısı beşinci nəsil “V-NAND” fləş yaddaşı əsasında yaradılıb və “microSD” analoqlarla müqayisədə məlumatlar üzərində 10 dəfə daha sürətli əməliyyat apara bilir. Ardıcıl oxuma sürəti 1000 MB/s (müasir “SATA SSD” disklərlə müqayisədə iki dəfə daha sürətli), yazma sürəti isə 260 MB/s-dək təşkil edir.
Yeni fləş daşıyıcısının ölçüləri (11,5x13,0 mm) modulu smartfonun nazik korpusunda yerləşdirməyə imkan verir. 5 QB-lıq videofaylın yazılması 5 saniyə vaxt alır.
Emil Hüseynov
Baxış sayı: 540
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet