12px13px15px17px
Tarix:31/01/19

“Facebook” istifadəçilərdən onların smartfonlarını izləmək hüququnu satın alır

“Facebook” şirkəti sosial şəbəkədən öz tədqiqat layihəsi üçün informasiya mənbəyi kimi istifadə edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, layihədə yaşı 13-dən 25-dək olan  insanlar iştirak ediblər. “Facebook” fərdi məlumatlara giriş üçün 20 dollar ödəyib. Smartfona müdaxilə etmək üçün sosial şəbəkənin VPN-dən istifadə edilib.
 
“Apple” şirkətinin smartfonları üçün “Onavo Protect” proqramı hazırlanıb, amma tezliklə “Apple” öz qurğularında həmin proqramı bloklayıb.
 
Proqram mobil trafikə tam giriş imkanı yaratdığına görə “Facebook”un mütəxəssisləri məlumatları deşifr edə və onları təhlil edə bilirdilər.
 
Bu tədqiqat 2016-cı ildən keçirilir.
 
Emil Hüseynov





Baxış sayı: 344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024