Tarix:01/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni qurğu transformasiya edilən radiotezlik antenası sayəsində elektromaqnit dalğalarını, o cümlədən “Wi-Fi” siqnallarını dəyişən elektrik cərəyanı kimi udmağa imkan verir.
Bildirilir ki, antena dəyişən cərəyanı sabitə çevirən bir neçə atom qalınlığında ikiölçülü yarımkeçiriciyə qoşulur. Texnologiya “hava” vasitəsilə enerji ilə təmin ediləcək akkumulyatorsuz mobil qurğular yaratmağa imkan verəcək.
İxtira müəllifi Tomas Palasios bildirib: “Biz “Wi-Fi” enerjisini toplamaqla ətrafdakı bütün obyektləri “ağıllı” qurğuya çevirməyə imkan verəcək gələcəyin mürəkkəb elektron sistemlərini enerji ilə təmin etmək üçün yeni üsul hazırlamışıq”.
Bundan başqa, radiosiqnal dəyişdiricisi elastik smartfonlar, “Əşyalar interneti” qurğuları, eləcə də tibbi implantlar texnologiyası üçün plyonka şəklində buraxıla bilər.
Nizam Nuriyev
“Wi-Fi” şəbəkəsinin siqnallarından enerji alan qurğu hazırlanıb
Massaçusets Texnologiya İnstitutunun (МІТ) alimləri “Wi-Fi” şəbəkəsinin siqnallarından enerji alan qurğu hazırlamağa başlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni qurğu transformasiya edilən radiotezlik antenası sayəsində elektromaqnit dalğalarını, o cümlədən “Wi-Fi” siqnallarını dəyişən elektrik cərəyanı kimi udmağa imkan verir.
Bildirilir ki, antena dəyişən cərəyanı sabitə çevirən bir neçə atom qalınlığında ikiölçülü yarımkeçiriciyə qoşulur. Texnologiya “hava” vasitəsilə enerji ilə təmin ediləcək akkumulyatorsuz mobil qurğular yaratmağa imkan verəcək.
İxtira müəllifi Tomas Palasios bildirib: “Biz “Wi-Fi” enerjisini toplamaqla ətrafdakı bütün obyektləri “ağıllı” qurğuya çevirməyə imkan verəcək gələcəyin mürəkkəb elektron sistemlərini enerji ilə təmin etmək üçün yeni üsul hazırlamışıq”.
Bundan başqa, radiosiqnal dəyişdiricisi elastik smartfonlar, “Əşyalar interneti” qurğuları, eləcə də tibbi implantlar texnologiyası üçün plyonka şəklində buraxıla bilər.
Nizam Nuriyev
Baxış sayı: 324
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet