12px13px15px17px
Tarix:05/02/19

Ötən ayın ən sürətli smartfonları açıqlanıb

Çinin “AnTuTu” şirkəti ən yüksək məhsuldarlığa malik smartfonların aylıq reytinqini təqdim edir. Yanvar siyahısında yalnız Çin istehsalçılarının modelləri yer alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-Tech” resursuna istinadən yazır ki, ötən ayın siyahısında ən yüksək pilləni reytinqdə 320 996 bal toplayan yeni “Nubia Red Magic Mars” smartfonu tutub.

Birinci nəsil “Nubia Red Magic” modeli “Snapdragon 835” prosessoru ilə təchiz edilib və artıq müasir rəqibləri ilə rəqabət aparmaq iqtidarında deyil. İkinci nəsil model isə “Snapdragon 845” çipinə malikdir. “Nubia Red Magic Mars” smartfonuna reytinqdə yüksək nəticəyə kompleks soyutma sistemi nail olmağa imkan verib.

Sonrakı mövqelərdə “Kirin 980” mobil platformalı beş “Huawei” qurğusu qərarlaşıb. Bu siyahıya “Huawei Mate 20” başçılıq edir, sonrakı pillədə “Honor V20” modeli yer alıb.

“Huawei Mate 20 X” və “Honor Magic 2” müvafiq olaraq beşinci və altıncı, “Huawei Mate 20 Pro” isə yeddinci yeri tutub.

“Xiaomi Black Shark Halo” oyun smartfonu altıncı, “OnePlus 6T” səkkizinci pillə ilə kifayətlənib. Yanvar siyahısına, həmçinin qabaqcıl “VIVO NEX” versiyası və “ASUS ROG” oyun smartfonu daxildir.

Nizam Nuriyev





Baxış sayı: 113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020