12px13px15px17px
Tarix:05/02/19

“iPad” planşeti üçün proqram xokkeyçilərin hərəkətini izləyəcək

ABŞ və Kanada klublarından ibarət Milli Xokkey Liqası (MXL) “Apple” və “SAP” şirkətləri ilə birgə “iPad Pro” planşeti üçün real vaxt rejimində yenilənməklə oyunun gedişi barədə ətraflı statistikanı əks etdirən “Coaching Insights” adlı mobil əlavə hazırlayıb. Əllə qeydlər aparmaq əvəzinə, komanda məşqçisi buz üzərindəki vəziyyəti qiymətləndirmək üçün planşetə nəzər yetirməklə kifayətlənəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Coaching Insights” MXL məşqçiləri üçün nəzərdə tutulan qapalı proqramdır. Adi istifadəçi onu “App Store” mağazasında yükləmək imkanından məhrumdur.

“Hər oyun zamanı ehtiyat skamyasında bir “iPad Pro” quraşdırılacaq, daha birisi isə real vaxtda hər MXL videoməşqçisinə təqdim ediləcək. Planşetlər liqa tərəfindən idarə ediləcək və onun binalarında saxlanılacaq, lakin hər komanda şəxsi hesaba malik olacaq ki, bu da liqaya komanda tərəfindən quraşdırılan statistik funksiyalara daxil olmağa imkan verməyəcək”. Bu barədə təşkilatın saytında deyilir.

Mobil əlavə 60-dan çox müxtəlif növ fərdi və komanda statistikasını – oyunçunun buz üzərində nə qədər oynamasını, nə qədər şayba atmaları udmasını, komandaya faydasını və s. izləməyə imkan verəcək. Məsələn, xokkeyçi şaybanı tez-tez itirən və ya oyunda çoxlu vaxt keçirən zaman onun qrafikasının rəngi qırmızıya dəyişəcək ki, bunu da məşqçi nəzərə ala biləcək.

Nizam Nuriyev





Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024