12px13px15px17px
Tarix:06/02/19

“Facebook Messenger”də yeni funksiya istifadəyə verilib

“Facebook” sosial şəbəkəsi fevralın 5-dən etibarən “Facebook Messenger”də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib. Bu barədə messencerin pres-relizində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, məlumata görə, funksiya vasitəsilə “Messenger”də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq.

Bildirilir ki, bunun üçün ekranda məlumatın üzərinə basmaq və “hamı üçün silmək” və ya “özün üçün silmək” funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.

Funksiyadan “iOS” və “Android” əməliyyat sistemlərinin sonuncu versiyalarının bütün istifadəçiləri yararlana bilər.

“Facebook Messenger” “Facebook” sosial şəbəkəsi tərəfindən yaradılan və ona inteqrasiya edilən məlumat və video mübadiləsi üçün mobil proqramdır. 2018-ci ilin dekabrın sonuna olan məlumata görə, təxminən 2,7 milyard insan hər ay “Instagram”, “WhatsApp” və “Messenger” daxil olmaqla “Facebook” servislərindən istifadə edir.

Nizam Nuriyev





Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024