12px13px15px17px
Tarix:07/02/19

"Azərpoçt" daha bir beynəlxalq ödəniş sisteminə qoşulur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir beynəlxalq ödəniş sisteminə qoşulur. Belə ki, "Azərpoçt" MMC Rusiyanın "Digital Payment" şirkətinə məxsus "Sendy" ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.

Qeyd edək ki, "Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir. 70 mindən çox hüquqi şəxs bu sistemin müştərisidir. Artıq ölkəmizdə də "Azərpoçt"un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər. 

"Azərpoçt" və "Digital Payment" arasında tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan yaradacaq. "Sendy" proqram təminatının və avadanlıq kompleksinin "Azərpoçt" tərəfindən təmin edilməsi isə ölkəmizdə innovativ rəqəmli mobil ödəniş texnologiyalarının genişlənməsinə töhfə verəcək. Eyni zamanda, ticarət və xidmət müəssisələri üçün nağdsız əməliyyatların faizlərini azaldacaq, bütün müştərilər üçün maliyyə xidmətlərindən istifadədə rahatlığı təmin edəcək, təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradacaq.

"Azərpoçt" MMC-nin prioritet vəzifəsi milli pul vahidlərində universal ödəmə məkanının yaradılması, ən son mobil texnologiyalardan istifadə edərək öz müştəriləri, eləcə də, tərəfdaşlarının müştəriləri üçün maliyyə xidmətlərinin genişləndirilməsi və xüsusilə sərhədsiz köçürmələrin artırılmasıdır.

Qeyd edək ki, bu gün dünyada biznesin iki növü sürətlə inkişaf etməkdədir. Bu smartfona inteqrasiya edilmiş onlayn ticarət və rəqəmli ödəniş sistemidir. Poçt strukturlarında ödəmə şərti ucuz olan və QR kodlar əsasında rəqəmli mobil həllər tətbiq edən xidmətlərə üstünlük verilir. Ölkəmizin poçt sistemi də bu prinsipə əməl edən beynəlxalq ticarət və çatdırılma sistemlərinə inteqrasiya olunub.









Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2019

22/04/19
“Microsoft” virtual reallığı zəif görən insanlara uyğunlaşdıran proqram təminatı təqdim edib

“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virt

22/04/19
Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı 

22/04/19
“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinə yeni kompüter almağı tövsiyə edir

“Windows 7” əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndər

22/04/19
Ən çox ələ keçirilən parollar məlum olub

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqi

22/04/19
2023-cü ildə “5G” rabitə şəbəkəsindən istifadə populyarlaşacaq

“GSMArena” resursu tərəfindən dərc edilmiş araşdırmada müxtəlif illərdə müxtəlif nəsil şəbəkələrindən 

22/04/19
Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 geniş yayılmış istifadəçi səhvi açıqlanıb

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cihazın heç vaxt söndürülməmə

22/04/19
“HP Chromebook 15” noutbuku təqdim edilib

“HP” istehsalçısı “Chrome OS” – “Google” şirkətinin masaüstü əməliyyat sisteminin ida

22/04/19
20 ən yaxşı smartfonun adı açıqlanıb

“Business Insider” nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartf

21 04 2019