Tarix:08/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qiyməti 150-300 avro qiymətləndirilən qurğular “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və kameralı ekran və “USB-C” portu ilə təchiz edilib.
Ən bahalı (300 avro) “G7 Plus” modeli 6,2 düym diaqonallı (1080х2270 piksel) ekran, orta səviyyəli “Snapdragon 636” prosessoru (digərləri Snapdragon 632 çipinə malikdir), 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Arxa tərəfdə qoşa kamera (16 + 5 meqapiksel) və optik təsvir sabitləşdiricisi, öndə isə 8 meqapikselli kamera quraşdırılıb.
Qiyməti 50 avro ucuz olan standart “G7” modeli “Plus” versiyasından “Snapdragon 632” prosessoru, daha sadə qoşa kamera (12 + 5 meqapiksel) və 8 meqapikselli ön kamera ilə fərqlənir.
Qiyməti 210 avro təşkil edən “G7 Power” modeli eyni ekran (təsvir ölçüsü 720x1512 pikseldir) ölçüsünə, prosessor və ön kameraya malikdir, lakin kamera təkdir (12 meqapiksel), quraşdırılmış yaddaşın tutumu isə iki dəfə azdır (32 giqabayt). Buna baxmayaraq onun akkumulyator tutumu 5 milliamper/saata bərabərdir.
Seriyaya daxil olan ən ucuz “G7 Play” modelinin qiyməti 150 avrodur. Bu versiyanın ekranı 5,7 düym diaqonallıdır, arxada isə 13 meqapikselli tək kamera quraşdırılıb. Model 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.
Nizam Nuriyev
“Motorola” şirkəti yeni smartfonlar seriyası təqdim edib
Çinin “Lenovo” istehsalçısının tərkibinə daxil olan “Motorola” şirkəti “Moto G7” smartfonlar seriyasını təqdim edib. Seriyaya dörd model daxildir: əsas “G7” tutumlu batareyaya malik “G7 Power”, ən ucuz “G7 Play” və böyük ekranlı və qoşa kameralı “G7 Plus”.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qiyməti 150-300 avro qiymətləndirilən qurğular “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və kameralı ekran və “USB-C” portu ilə təchiz edilib.
Ən bahalı (300 avro) “G7 Plus” modeli 6,2 düym diaqonallı (1080х2270 piksel) ekran, orta səviyyəli “Snapdragon 636” prosessoru (digərləri Snapdragon 632 çipinə malikdir), 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Arxa tərəfdə qoşa kamera (16 + 5 meqapiksel) və optik təsvir sabitləşdiricisi, öndə isə 8 meqapikselli kamera quraşdırılıb.
Qiyməti 50 avro ucuz olan standart “G7” modeli “Plus” versiyasından “Snapdragon 632” prosessoru, daha sadə qoşa kamera (12 + 5 meqapiksel) və 8 meqapikselli ön kamera ilə fərqlənir.
Qiyməti 210 avro təşkil edən “G7 Power” modeli eyni ekran (təsvir ölçüsü 720x1512 pikseldir) ölçüsünə, prosessor və ön kameraya malikdir, lakin kamera təkdir (12 meqapiksel), quraşdırılmış yaddaşın tutumu isə iki dəfə azdır (32 giqabayt). Buna baxmayaraq onun akkumulyator tutumu 5 milliamper/saata bərabərdir.
Seriyaya daxil olan ən ucuz “G7 Play” modelinin qiyməti 150 avrodur. Bu versiyanın ekranı 5,7 düym diaqonallıdır, arxada isə 13 meqapikselli tək kamera quraşdırılıb. Model 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.
Nizam Nuriyev
Baxış sayı: 467
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet