12px13px15px17px
Tarix:09/02/19

“Twitter” şəbəkəsinin auditoriyası azalıb

"Twitter" mikrobloqlar servisi maliyyə hesabatını dərc edib.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, məlumata görə, 2018-ci ilin oktyabr-dekabrında şirkətin xalis gəliri 255 milyon dollar təşkil edib. Bir il əvvəl isə bu göstərici 91 milyon dollara bərabər olub. Tarixdə ilk dəfə olaraq ilin bütün dörd rübü şirkət üçün itkisiz olub. 2018-ci il ərzində xalis gəlir 2017-ci ildəki 863 milyon dollardan 1,2 milyard dollaradək artıb.

Ötən ilin dördüncü rübündə "Twitter" sosial şəbəkəsinin mədaxili 909 milyon dollar olub. Bu göstərici 2017-ci ilin analoji dövrünün yekunlarına görə, 732 milyon dollar təşkil edib, halbuki analitiklər tərəfindən 866,7 milyon dollar səviyyəsində satış həcmi proqnozlaşdırılıb. Reklam mədaxili 23 faiz artaraq 791 milyon dollara çatıb.

2018-ci ilin yekunları üzrə şirkətin mədaxili 3 milyard dolları ötərək ötənilki göstəricini 25 faiz üstələyib. Şirkətin ümumi xərcləri 8 faiz artaraq 2,6 milyard dollara yüksəlib. "Twitter" xərc artımını kontent təhlükəsizliyinin gücləndirilməsi ilə izah edir.

Şəbəkənin işçi heyətinin sayı illik hesablamada 16 faiz (təxminən 550 nəfər) artıb və 3900 əməkdaşı ötüb.

2018-ci ilin dekabrında 321 milyon istifadəçi ayda azı bir dəfə "Twitter" servisinə daxil olub ki, bu da 3 ay əvvəldən 5 faiz azdır. Auditoriyanın azalması əsasən siyasi məqsədlər üçün istifadə edilən və Avropanın tənzimləyici orqanlarının tələblərinə cavab verməyən saxta hesabların ləğv edilməsi nəticəsində baş verib.

Nizam Nuriyev





Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024