Tarix:12/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ilin yekunları üzrə 20 milyon “Apple Watch” buraxan “Apple” şirkəti ən böyük “ağıllı” saat tədarükçüsü adını qoruyub. Lakin tədarük baxımından “Apple” qurğuları ilə “Xiaomi” qurğuları ciddi rəqabət aparır. Həmçinin “Fitbit” və “Fossil” saatları “Apple” şirkətinin “ağıllı” saatlar seqmentində lider mövqelərinə iddialıdır. 2019-cu ildə ekspertlər tərəfindən qeyd olunan brendlər arasında mübarizənin güclənəcəyi və “ağıllı” saatlara tələbatın artacağı proqnozlaşdırılır.
“Futuresource” şirkətinin 2022-ci ilədək olan proqnozunda nəzərdə tutulur ki, daşınan qurğular bazarının həcmi natural ifadədə 145 milyon ədədə çatacaq, pul ifadəsində isə satış 27 milyard dolları ötəcək. Ekspertlərin sözlərinə görə, müsbət dinamika göstərilən müddət ərzində müşahidə ediləcək, lakin 2020-ci ildən sonra satışların nisbətən zəifləyəcəyi gözlənilir.
Nizam Nuriyev
Ötən il daşınan elektronikanın tədarükü 10 faiz artıb
Daşınan elektronika populyarlaşmaqda davam edir. 2018-ci ildə daşınan qurğuların tədarük həcmi 10 faiz artaraq 105 milyon ədədə yaxınlaşıb. Bu barədə “Futuresource Consulting” tədqiqat şirkətinin hesabatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ilin yekunları üzrə 20 milyon “Apple Watch” buraxan “Apple” şirkəti ən böyük “ağıllı” saat tədarükçüsü adını qoruyub. Lakin tədarük baxımından “Apple” qurğuları ilə “Xiaomi” qurğuları ciddi rəqabət aparır. Həmçinin “Fitbit” və “Fossil” saatları “Apple” şirkətinin “ağıllı” saatlar seqmentində lider mövqelərinə iddialıdır. 2019-cu ildə ekspertlər tərəfindən qeyd olunan brendlər arasında mübarizənin güclənəcəyi və “ağıllı” saatlara tələbatın artacağı proqnozlaşdırılır.
“Futuresource” şirkətinin 2022-ci ilədək olan proqnozunda nəzərdə tutulur ki, daşınan qurğular bazarının həcmi natural ifadədə 145 milyon ədədə çatacaq, pul ifadəsində isə satış 27 milyard dolları ötəcək. Ekspertlərin sözlərinə görə, müsbət dinamika göstərilən müddət ərzində müşahidə ediləcək, lakin 2020-ci ildən sonra satışların nisbətən zəifləyəcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 429
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet