12px13px15px17px
Tarix:13/02/19

“LinkedIn” şəbəkəsində canlı yayım funksiyası istifadəyə verilib

"LinkedIn" sosial şəbəkəsində videonu seçilmiş qruplar və ya bütün şəbəkə auditoriyası üçün real vaxt rejimində translyasiya etməyə imkan verən yeni onlayn yayım servisi istifadəyə verilib.

"ICTnews" Elektron Xəbər Xidməti "Searchengines" resursuna istinadən yazır ki, hazırda "LinkedIn Live" adlı beta versiyadan dəvət əsasında yalnız ABŞ istifadəçiləri yararlana bilərlər. Yaxın həftələr ərzində aksiyada iştirak etmək arzusunda olanlar üçün kontakt formasının dərc ediləcəyi gözlənilir. Sosial şəbəkə tərəfindən "LinkedIn Live" servisində bütün istifadəçilər üçün video yaratmaq imkanının nə vaxt mümkün olacağı, hələ ki, məlum deyil.  

Şirkət nümayəndələrinin sözlərinə görə, birbaşa translyasiyalar bu gün bütün sosial şəbəkələr üçün ən tələb olunan funksiyadır.

"LinkedIn Live" servisinin texniki tərəfdaşı qismində çıxış edən "Microsoft" korporasiyası "Azure Media Services" platformasının bütün imkanlarından istifadəni təklif edir.

Nizam Nuriyev





Baxış sayı: 456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024