12px13px15px17px
Tarix:13/02/19

Amerikalı mühəndislər “ağıllı” stetoskop hazırlayıblar

Hər il dünyada milyonlarla insan pnevmoniya xəstəliyindən dünyasını dəyişir. Statistikaya görə, 5 yaşınadək uşaqlar arasında ölüm hallarının təxminən 16%-i pnevmoniya ilə bağlıdır. Bu göstərici sözügedən xəstəliyə diaqnoz qoymağa imkan verən yüksək ixtisaslı mütəxəssis və rentgen aparatlarının çatışmazlığı müşahidə olunan ölkələrdə xüsusilə yüksəkdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, Con Hopkins Universitetinin mühəndisləri bu problemi aradan qaldırmağa cəhd göstəriblər. Onlar tərəfindən yaradılmış “ağıllı” stetoskop yalnız həkimlərin işini asanlaşdırmayacaq, həm də həkim olmadığı şəraitdə müstəqil şəkildə xəstəliyi aşkar etmək qabiliyyətinə malikdir.
 
İnnovativ qurğu ənənəvi analoqlardan iki funksiya ilə fərqlənir. Birinci funksiya səsin azaldılmasıdır. Yeni stetoskopa inteqrasiya edilmiş alqoritmlər ürək döyüntüsü və kənar səsləri aşkar edərək onların səsini azaldır ki, həkim pasiyentin nəfəsini daha yaxşı eşidə bilsin.
 
İkinci funksiya həkim olmadığı şəraitdə qurğu tərəfindən diaqnozun qoyulmasıdır. Cihaz ağciyərdəki səsləri müstəqil təhlil edərək pnevmoniya xəstəliyinin mövcudluğunu 87% dəqiqliklə (inteqrasiya edilmiş neyron şəbəkəsinin təlimi üçün 1500 pasiyentin stetoskop yazılarının məlumat bazasından istifadə olunub) müəyyənləşdirmək qabiliyyətinə malikdir.
 
 
Emil Hüseynov






Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024