12px13px15px17px
Tarix:14/02/19

Şirkətlər smartfonlarda proqramlar vasitəsilə biometrik autentifikasiya texnologiyasını reallaşdırmağı planlaşdırırlar

“Gartner” tədqiqat şirkətinin analitiklərinin proqnozuna görə, 2022-ci ilədək əməkdaşlar üçün biometrik eyniləşdirmədən istifadə edən şirkətlərin təxminən 70%-i bu texnologiyanı smartfonlar üçün proqramlar vasitəsilə reallaşdıracaqlar. 2018-ci ildə belə təşkilatların payı yalnız 5% təşkil edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Ant Allan deyir ki, biometrik autentifikasiya hər bir insan üçün unikal bioloji və ya davranış xüsusiyyətlərindən istifadə edir. Smartfonlarda biometrik autentifikasiya texnologiyasının reallaşdırılması istifadəçi/müştəri imkanlarının böyük etibarlılığını təmin edir, texniki nöqteyi-nəzərdən belə yanaşma bir çox müxtəlif son qurğuların birbaşa dəstəyindən daha asandır.
 
Smartfonlar üçün proqramların köməyi ilə biometrik autentifikasiya tətbiq etmək istəyən kiçik və böyük təşkilatlar bilməlidir ki, istənilən smartfonda asanlıqla reallaşdırıla bilən biometrik yanaşmalar kiberhücumlar qarşısında dayanıqsızdır. Buna görə hücumların aşkar edilməsi məsələləri ilə məşğul olmaq çox mühümdür.
 
Emil Hüseynov





Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024