12px13px15px17px
Tarix:15/02/19

Cinayətkarların yaxalanmasında əl təsvirlərindən istifadə ediləcək

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyilə cinayətkarları yaxalamağa imkan verəcək texnologiya üzərində işləyirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, alimlərin iddiasına əsasən, yeni texnologiya tamamilə yeni biometrik imkanlar təqdim edəcək. Damarların təsviri, dəri büküşləri, çapıqlar, tatuirovkalar və piqmentasiyanın kombinasiyası insanın eyniləşdirilməsi üçün əsas biometriya kimi istifadə olunur. Əvvəllər cinayətkarları ifşa etmək üçün məhkəmədə bu metodlardan uğurla istifadə edilib. Layihə insanın kimliyini  hərtərəfli müəyyənləşdirmək üçün "sərt biometriya" (barmaq izləri) ilə "yumşaq biometriya”nı birləşdirəcək. Hazırda müxtəlif sahələri təmsil edən 5 min tədqiqatçı (anatomistlər, antropoloqlar, genetiklər, bioinformatiklər, qrafik mütəxəssislər və İT mütəxəssisləri) birgə açıq mənbə kodlu proqramın yaradılması üzərində işləyir.
 
Emil Hüseynov





Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024