12px13px15px17px
Tarix:19/02/19

Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə göndərəcək orbital elektrostansiya texnologiyası üzərində çalışır.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə tərtibatçılarının sözlərinə görə, yeni stansiya fotoelektrik batareyanın Yerdən yüksəkdə quraşdırılacağı ilə əlaqədar buludlu hava şəraitində də günəş enerjisindən istifadə edə biləcək. Sınaq kompleksinin 2025-ci ilədək istifadəyə verilməsi planlaşdırılır.

Məlumata görə, hazırda kosmik elektrostansiyanın ən böyük problemi Yerə enerjinin ötürülməsi prosesi ilə bağlıdır. Alimlər tərəfindən layihənin bu hissəsi üzərində iş davam etdirilir. Plan ondan ibarətdir ki, kosmosda günəş batareyaları Günəş işığının enerjisini topladıqdan sonra elektrik enerjisini Yerə mikrodalğalı və ya lazer şüası şəklində ötürsün.

Tədqiqatçılar qeyd edir ki, kosmik elektrik enerjisi adi yerüstü vasitələrlə hasil edilən şəkildə istifadə oluna bilər. Yerə enerjinin göndərilməsi ilə yanaşı, elektrostansiya kosmik, hərbi və ya tədqiqat missiyalarını həyata keçirə bilər.

Nizam Nuriyev





Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024