Tarix:21/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, ekran smartfonun üst səthini tam əhatə edir. Smartfonun kameraları simsiz texnologiyalar vasitəsilə displeyə quraşdırılıb. Ekran “Dynamic Amoled” texnologiyası sayəsində indiyədək bütün smartfonlar arasında ən yüksək keyfiyyətli rəngvermə qabiliyyəti ilə təchiz edilib.
Məlumata görə, “Samsung Galaxy S10+” smartfonu ön və arxa panelli iki kameraya malikdir. Arxa panel kamera üç moduldan ibarətdir: 12 meqapikselli enlibucaqlı obyektiv, peyzaj çəkilişləri üçün 16 meqapikselli ultraenlibucaqlı modul və 12 meqapikselli adi obyektiv. Ön kameraya 10 və 8 meqapikselli iki blok daxildir.
Kamera çəkiliş üçün ən əlverişli bucağı və səviyyəni avtomatik müəyyənləşdirəcək. Həmçinin smartfon “HDR 10+” keyfiyyətli videolar çəkəcək.
Bildirilir ki, yeni simsiz enerjidoldurma texnologiyası sayəsində bir smartfonun akkumulyatorunu digəri ilə doldurmaq mümkün olacaq. Bundan əlavə, onu müxtəlif qurğuların, məsələn, qulaqcığın enerji toplaması üçün tətbiq etmək olar. Batareyanın işləmə müddəti əvvəlki modellə müqayisədə 25 faiz çox işləyəcək.
Smartfon iki SİM kartdan istifadəni dəstəkləyir.
Yeni qurğunun quraşdırılmış yaddaş tutumu 128 giqabayt və 1 terabayt, operativ yaddaşı isə 8-12 giqabayt arasında dəyişir.
Yeni smartfon oyun və əlavələrdən istifadə zamanı adaptiv quraşdırmalar texnologiyasından istifadə edəcək.
“Samsung Galaxy S10+” modeli “Wi-Fi 6” şəbəkəsi ilə uyğunluq təşkil edən ilk smartfon olacaq.
“Galaxy S10” ilə yanaşı, “Samsung” şirkəti elastik olmaqla planşetə çevrilən “Galaxy Fold” smartfonunu nümayiş etdirib. “Galaxy Fold” modeli kiçik kənar və əsas bükülən iki ekrana malikdir.
Nizam Nuriyev
“Samsung” şirkəti yeni qabaqcıl “Galaxy” modellərini təqdim edib
Cənubi Koreyanın “Samsung” şirkəti “Samsung Galaxy S10+” brendli yeni qabaqcıl model təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, ekran smartfonun üst səthini tam əhatə edir. Smartfonun kameraları simsiz texnologiyalar vasitəsilə displeyə quraşdırılıb. Ekran “Dynamic Amoled” texnologiyası sayəsində indiyədək bütün smartfonlar arasında ən yüksək keyfiyyətli rəngvermə qabiliyyəti ilə təchiz edilib.
Məlumata görə, “Samsung Galaxy S10+” smartfonu ön və arxa panelli iki kameraya malikdir. Arxa panel kamera üç moduldan ibarətdir: 12 meqapikselli enlibucaqlı obyektiv, peyzaj çəkilişləri üçün 16 meqapikselli ultraenlibucaqlı modul və 12 meqapikselli adi obyektiv. Ön kameraya 10 və 8 meqapikselli iki blok daxildir.
Kamera çəkiliş üçün ən əlverişli bucağı və səviyyəni avtomatik müəyyənləşdirəcək. Həmçinin smartfon “HDR 10+” keyfiyyətli videolar çəkəcək.
Bildirilir ki, yeni simsiz enerjidoldurma texnologiyası sayəsində bir smartfonun akkumulyatorunu digəri ilə doldurmaq mümkün olacaq. Bundan əlavə, onu müxtəlif qurğuların, məsələn, qulaqcığın enerji toplaması üçün tətbiq etmək olar. Batareyanın işləmə müddəti əvvəlki modellə müqayisədə 25 faiz çox işləyəcək.
Smartfon iki SİM kartdan istifadəni dəstəkləyir.
Yeni qurğunun quraşdırılmış yaddaş tutumu 128 giqabayt və 1 terabayt, operativ yaddaşı isə 8-12 giqabayt arasında dəyişir.
Yeni smartfon oyun və əlavələrdən istifadə zamanı adaptiv quraşdırmalar texnologiyasından istifadə edəcək.
“Samsung Galaxy S10+” modeli “Wi-Fi 6” şəbəkəsi ilə uyğunluq təşkil edən ilk smartfon olacaq.
“Galaxy S10” ilə yanaşı, “Samsung” şirkəti elastik olmaqla planşetə çevrilən “Galaxy Fold” smartfonunu nümayiş etdirib. “Galaxy Fold” modeli kiçik kənar və əsas bükülən iki ekrana malikdir.
Nizam Nuriyev
Baxış sayı: 456
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet