12px13px15px17px
Tarix:10/11/11

“Gartner”: musiqinin internet vasitəsilə yayılmasından əldə olunan gəlirlər artır

“Gartner” şirkətinin proqnozuna əsasən, musiqinin internet mağaza və digər şəbəkə resursları vasitəsilə yayılmasından əldə olunan gəlir 6,3 milyard dollar təşkil edəcək. Əgər bu proqnoz düz olsa, o zaman 2010-cu illə (5.9 milyard dollar) müqayisədə artım 7% təşkil edəcək.

“Gartner” şirkəti ehtimal edir ki, 2012-ci ildə bu seqmentin həcmi 6,8 milyard dollar, onilliyin ortalarında isə 7,7 milyard dollar təşkil edəcək.

Analitiklər, eyni zamanda, musiqinin fiziki daşıyıcılarda, həmçinin, kompakt disklərdəki satışlarından əldə edilən gəlirin azalmasını proqnozlaşdırırlar. Bu seqmentdəki satışlar 2010-cu illə (15 milyard dollar) müqayisədə 2015-ci ildə 10 milyard dollara kimi azalacaq.



Baxış sayı: 1372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024