Tarix:21/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkət tərəfindən “bulud” nüvəsi (Cloud Core) üçün həllər çeşidinə həm avtonom, həm də avtonom olmayan “5G” arxitekturaları dəstəkləyən 7 yeni məhsul də daxil edilib. Bundan başqa, servislərin fasiləsiz fəaliyyəti üçün əvvəlki arxitekturaların dəstəyi nəzərdə tutulub.
İkirejimli “Dual-mode 5G Cloud Core” “bulud” “5G” nüvəsi “bulud” texnologiyalarında iş üçün optimallaşdırılıb ki, bu da buraxılış qabiliyyətinin avtomatik idarəetməsini, əməliyyatların effektivliyini və fasiləsiz yerinə yetirilməsini təmin edir. Nüvədə “5G” ssenari tələblərinə uyğun yüksək məhsuldarlığa malik istifadəçi müstəvisi və innovativ slaysinq və periferiya hesablamalarının istifadəsi üçün açıq “API” interfeysləri nəzərdə tutulub.
Bundan başqa, şirkət istismar prosesinin sadələşdirilməsi üçün avtomatlaşdırılmış quraşdırma xidməti nümayiş etdirib. “Ericsson Dynamic Orchestration” adlı servis “5G” xidmətlərinin sürətli tətbiqi məqsədilə yeni şəbəkə seqmentlərinin yaradılması, sınağı və qurulması prosesinin avtomatlaşdırılmasını təmin edir.
Burada müxtəlif istehsalçıların avadanlıq və həlləri əsasında qurulan hibrid şəbəkələr üçün nəzərdə tutulan əks əlaqəli avtomatlaşdırılmış süni intellekt texnologiyaları tətbiq edilib.
Nizam Nuriyev
“Ericsson” şirkəti “5G” üçün yeni texnologiyalar nümayiş etdirib
Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verməyə hazırlaşan İsveçin “Ericsson” şirkəti onun üçün yeni həllər təqdim edib. “5G Platform” adlı həllə “5G” şəbəkələrinin effektivliyini, çevikliyini, rəvan inkişafını, eləcə də miqyaslanmasını təmin edən yeni məhsullar daxildir.“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkət tərəfindən “bulud” nüvəsi (Cloud Core) üçün həllər çeşidinə həm avtonom, həm də avtonom olmayan “5G” arxitekturaları dəstəkləyən 7 yeni məhsul də daxil edilib. Bundan başqa, servislərin fasiləsiz fəaliyyəti üçün əvvəlki arxitekturaların dəstəyi nəzərdə tutulub.
İkirejimli “Dual-mode 5G Cloud Core” “bulud” “5G” nüvəsi “bulud” texnologiyalarında iş üçün optimallaşdırılıb ki, bu da buraxılış qabiliyyətinin avtomatik idarəetməsini, əməliyyatların effektivliyini və fasiləsiz yerinə yetirilməsini təmin edir. Nüvədə “5G” ssenari tələblərinə uyğun yüksək məhsuldarlığa malik istifadəçi müstəvisi və innovativ slaysinq və periferiya hesablamalarının istifadəsi üçün açıq “API” interfeysləri nəzərdə tutulub.
Bundan başqa, şirkət istismar prosesinin sadələşdirilməsi üçün avtomatlaşdırılmış quraşdırma xidməti nümayiş etdirib. “Ericsson Dynamic Orchestration” adlı servis “5G” xidmətlərinin sürətli tətbiqi məqsədilə yeni şəbəkə seqmentlərinin yaradılması, sınağı və qurulması prosesinin avtomatlaşdırılmasını təmin edir.
Burada müxtəlif istehsalçıların avadanlıq və həlləri əsasında qurulan hibrid şəbəkələr üçün nəzərdə tutulan əks əlaqəli avtomatlaşdırılmış süni intellekt texnologiyaları tətbiq edilib.
Nizam Nuriyev
Baxış sayı: 355
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet