Tarix:25/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, “Qualcomm X50” modemli və “Qualcomm Snapdragon 85” platformalı “Mi Mix 3” modelinin mayında əvvəlində ilkin qiyməti 599 avro olmaqla satışa çıxarılması nəzərdə tutulur.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni smartfonda faylların yüklənilmə sürəti saniyədə 2 giqabiti ötür. “Mi Mix 3” smartfonu 6,39 düym diaqonallı “AMOLED” ekran və hər biri 12 meqapiksel olmaqla qoşa arxa kamera, eləcə də qoşa ön kamera (hər biri 2 və 24 meqapiksel) ilə təchiz edilib. Bundan başqa, yeni qurğu 3,8 min milliamper/saat tutumlu akkumulyatora malikdir.
“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
“5G” şəbəkəsini dəstəkləyən ilk “Xiaomi” smartfonu təqdim edilib
Çinin “Xiaomi” şirkəti Barselonada keçirilən illik “MWC 2019” mobil texnologiyalar sərgisi ərəfəsində “5G” şəbəkəsini dəstəkləyən “Mi Mix 3” çərçivəsiz smartfonunu rəsmən təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, “Qualcomm X50” modemli və “Qualcomm Snapdragon 85” platformalı “Mi Mix 3” modelinin mayında əvvəlində ilkin qiyməti 599 avro olmaqla satışa çıxarılması nəzərdə tutulur.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni smartfonda faylların yüklənilmə sürəti saniyədə 2 giqabiti ötür. “Mi Mix 3” smartfonu 6,39 düym diaqonallı “AMOLED” ekran və hər biri 12 meqapiksel olmaqla qoşa arxa kamera, eləcə də qoşa ön kamera (hər biri 2 və 24 meqapiksel) ilə təchiz edilib. Bundan başqa, yeni qurğu 3,8 min milliamper/saat tutumlu akkumulyatora malikdir.
“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Baxış sayı: 373
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet