Tarix:25/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, tədqiqata görə, smartfonlar ötən il istehlakçıların qlobal məişət texnikası və elektronika bazarında ümumi xərclərinin əsas hissəsini təşkil edib. 2019-cu ildə isə bazarda 1 faiz artım gözlənilir.
Şirkətin məlumatına görə, ötən il 522 milyard dollar dəyərində smartfon satılıb ki, bu da 2017-ci ilin göstəricisini 5 faiz üstələyib. Pul ifadəsində satış həcminin artımı bahalı modellər üçün davam edən dünya trendi ilə əlaqədardır. Belə ki, 2018-ci ildə satılan smartfonların təxminən 12 faizinin (bir il əvvəl 9 faiz) qiyməti 800 dollardan baha olub. Satılan texnikanın təqribən 46 faizi (2017-ci ildə 44 faiz) bir ədəd üçün 150-400 dollar təşkil edən orta qiymət seqmentinə aiddir.
Dördüncü rübdə dünyada smartfonun orta qiymətində 2 faiz – 384 dollaradək azalma qeydə alınıb.
Tədqiqatda, həmçinin vurğulanır ki, daşınan qurğulara tələbat 16 faiz, satış həcmi isə 35 faiz yüksəlib.
2018-ci ildə dünya smartfonlar bazarında əsas istehlakçı ölkə Çin olub. Bundan başqa, bu, qlobal səviyyəyə daxil olan Çin brendləri üçün yerli bazardır. Belə ki, ötən il Çin brendli smartfonların 40 faizi ölkə xaricində satılıb.
Tədqiqatda qeyd olunur ki, 2018-ci ilin dördüncü rübündə Çində tələbatın 19 faiz azalması qlobal göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib. İnkişaf etməkdə olan Asiya ölkələrində (+13 faiz), eləcə də Mərkəzi və Şərqi Avropada (+3 faiz) artım tempinin davam etməsi ötən ilin dördüncü rübündə Çindəki tənəzzülü qismən kompensasiya edib.
Nizam Nuriyev
Ötən il dünyada smartfon satışı 3 faiz azalıb
2018-ci ildə dünyada smartfonlara tələbat 2017-ci illə müqayisədə 3 faiz – 1,44 milyard ədədədək azalıb. Bu barədə “GfK” şirkətinin tədqiqatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, tədqiqata görə, smartfonlar ötən il istehlakçıların qlobal məişət texnikası və elektronika bazarında ümumi xərclərinin əsas hissəsini təşkil edib. 2019-cu ildə isə bazarda 1 faiz artım gözlənilir.
Şirkətin məlumatına görə, ötən il 522 milyard dollar dəyərində smartfon satılıb ki, bu da 2017-ci ilin göstəricisini 5 faiz üstələyib. Pul ifadəsində satış həcminin artımı bahalı modellər üçün davam edən dünya trendi ilə əlaqədardır. Belə ki, 2018-ci ildə satılan smartfonların təxminən 12 faizinin (bir il əvvəl 9 faiz) qiyməti 800 dollardan baha olub. Satılan texnikanın təqribən 46 faizi (2017-ci ildə 44 faiz) bir ədəd üçün 150-400 dollar təşkil edən orta qiymət seqmentinə aiddir.
Dördüncü rübdə dünyada smartfonun orta qiymətində 2 faiz – 384 dollaradək azalma qeydə alınıb.
Tədqiqatda, həmçinin vurğulanır ki, daşınan qurğulara tələbat 16 faiz, satış həcmi isə 35 faiz yüksəlib.
2018-ci ildə dünya smartfonlar bazarında əsas istehlakçı ölkə Çin olub. Bundan başqa, bu, qlobal səviyyəyə daxil olan Çin brendləri üçün yerli bazardır. Belə ki, ötən il Çin brendli smartfonların 40 faizi ölkə xaricində satılıb.
Tədqiqatda qeyd olunur ki, 2018-ci ilin dördüncü rübündə Çində tələbatın 19 faiz azalması qlobal göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib. İnkişaf etməkdə olan Asiya ölkələrində (+13 faiz), eləcə də Mərkəzi və Şərqi Avropada (+3 faiz) artım tempinin davam etməsi ötən ilin dördüncü rübündə Çindəki tənəzzülü qismən kompensasiya edib.
Nizam Nuriyev
Baxış sayı: 525
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet