12px13px15px17px
Tarix:02/03/19

Kibercinayətkarların sosial şəbəkələrdə illik gəliri 3,25 milyard dollara çatır

Kibercinayətkarların sosial şəbəkələrdə fırıldaqçı sxemlər üzrə illik gəliri 3,25 milyard dollar təşkil edir. Bu barədə zərərli təhlükələrdən mühafizə texnologiyalarının yaradılmasında ixtisaslaşan "Bromium" şirkətinin hesabatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, fırıldaqçılar tərəfindən böyük səy göstərmədən dünyada milyonlarla istifadəçini əhatə etmək və yoluxdurmaq məqsədilə virusların yayılması üçün "Facebook", "YouTube", "Twitter" və digər servislərdən istifadə olunur.

Sosial şəbəkələr vasitəsilə kriptovalyutanın əldə olunması, zərərli reklamın daxil edilməsi, fişinq keçidləri və s. üçün proqramlar yayılır.

"Sosial şəbəkələr kibercinayətkarlığı dəstəkləyir. Onlar kiberfırıldaqçılar tərəfindən təşkilat və fiziki şəxslərə hücumlar, eləcə də müxtəlif qanunsuz məhsul, xidmət və biliklərin satışı üçün istifadə edilir", – tədqiqatda qeyd edilir.

Ekspertlərin qiymətləndirməsinə görə, sosial şəbəkələrdə yoluxmaların təxminən 40 faizi zərərli reklam, 30 faizi isə plagin və virus proqramlarına görə baş verir.  

"Bromium" mütəxəssislərinin sözlərinə görə, sosial şəbəkələr "qlobal zərərli proqramların yayılması mərkəzi"nə çevrilib. Belə ki, təşkilatların beşdəbir hissəsi məhz bu platformalar vasitəsilə yoluxur. Tədqiqat hesabatına görə, 2015-2017-ci illərdə təkcə ABŞ-da sosial şəbəkələrdə kibercinayətkarlıq 300 faizdən çox artıb.

Nizam Nuriyev





Baxış sayı: 455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024