Tarix:04/03/19
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, funksiyadan “Paylaş” düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.
Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bununla yanaşı, xoşagəlməz cavablar tam silinməyəcək. Belə ki, digər istifadəçilər “Gizlədilmiş tvitləri göstər” funksiyası vasitəsilə məlumatı dərc edən tərəfindən gizlədilən şərhlərə baxa biləcəklər.
İstifadəçilər şərhlərin gizlədilməsi barədə məlumatlı olmaqla təhqiramiz davranışdan yayınmaq imkanı əldə edəcəklər.
Nizam Nuriyev
Yeni “Twitter” funksiyası arzuolunmaz şərhləri gizlətməyə imkan verəcək
“Twitter” mikrobloqlar servisi istifadəçilərə dərc edilən məlumatlar altında arzuolunmaz şərhləri gizlətməyə imkan verən yeni funksiya hazırlayır.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, funksiyadan “Paylaş” düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.
Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bununla yanaşı, xoşagəlməz cavablar tam silinməyəcək. Belə ki, digər istifadəçilər “Gizlədilmiş tvitləri göstər” funksiyası vasitəsilə məlumatı dərc edən tərəfindən gizlədilən şərhlərə baxa biləcəklər.
İstifadəçilər şərhlərin gizlədilməsi barədə məlumatlı olmaqla təhqiramiz davranışdan yayınmaq imkanı əldə edəcəklər.
Nizam Nuriyev
Baxış sayı: 454
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet