12px13px15px17px
Tarix:05/03/19

“USB 4” standartı məlumatların ötürülmə sürətini 2 dəfə artıracaq

“USB Implementers Forum” təşkilatı “USB 4” standartını təqdim edib. Əvvəlki versiyalarla əks uyğunluqla yanaşı, yeni arxitektura aktual variantlarla müqayisədə məlumatların ötürülmə sürətini xeyli artıracaq və “5K” displeylər daxil olmaqla universal periferiya portuna qoşulma imkanını təmin edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni standart 2015-ci ildə işıq üzü görən “Thunderbolt 3” spesifikasiyalarına əsaslanır, lakin ondan fərqli olaraq istehsalçılardan lisenziya üçün ödənişlər tələb etməyəcək və istehlakçılar üçün daha əlverişli olacaq. Yeni standartın buraxılış qabiliyyəti 40 Qbit/saniyə təşkil edir ki, bu da əvvəllər təqdim edilən “USB 3.2”dən iki dəfə, hazırkı aktual “USB 3.1”dən isə dörd dəfə çoxdur.

Yeni arxitekturanın əsas xüsusiyyəti məlumat protokolları və təsvirin ötürülməsi arasında ümumi buraxılış qabiliyyətinin bölünməsindədir: belə yanaşma sertifikasiya edilmiş kabel vasitəsilə kənar videokartlar, iki “4K” və ya bir “5K” təsvir ölçülü monitor qoşmağa imkan verir. Standart çıxış kimi “USB Type-C”dən istifadə ediləcək. Həmçinin yeni standart “USB 3.2”, “USB 2.0” və “Thunderbolt 3” ilə əks uyğunluq təşkil edəcək, lakin bağlantı sürəti müvafiq çıxışın imkanları ilə məhdudlaşdırılacaq.

“USB 4.0” standartının son adı və ətraflı spesifikasiyaları ikinci rübdə məlum olacaq. Yeni standartı dəstəkləyən ilk kommersiya qurğularının 2021-ci ildə satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024