12px13px15px17px
Tarix:05/03/19

Bu il dünyada blokçeyn texnologiyaları üçün xərclər 90 faiz artacaq

“International Data Corporation” (IDC) analitik şirkəti dünya blokçeyn texnologiyaları bazarı üzrə tədqiqatın nəticələrini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2019-cu ildə qlobal miqyasda belə həllər üçün xərclər 2018-ci illə müqayisədə 88,7 faiz artaraq 2,9 milyard dollar təşkil edəcək. Gələcəkdə isə bazarın illik artım həcminin təxminən 76 faiz yüksələrək 2022-ci ildə 12,4 milyard dollara çatacağı gözlənilir.

Bu il iri blokçeyn sərmayədarı kimi ABŞ çıxış edəcək. Burada texnologiya üçün xərclər 2019-cu ilin yekunları üzrə 1,1 milyard dollara bərabər olacaq. İkinci böyük töhfəni Qərbi Avropa ölkələri (674 milyon dollar) verəcəklər. Sonrakı pillədə Çin (319 milyon dollar) qərarlaşacaq.

Bazarda ən sürətli xərc artımı Yaponiya və Kanada tərəfindən gözlənilir – 2018-2022-ci illərdə müvafiq olaraq 110 və 90 faiz.

Sahələr arasında daha böyük sərmayə qoyuluşları əsasən blokçeynin bank sənayesi və sığortaya sürətli tətbiqi sayəsində maliyyə sektorunda (1,1 milyard dollar) proqnozlaşdırılır.

Sənaye istehsalı və hasilat sahəsi cari ildə blokçeyn texnologiyalarına 653 milyon dollar xərcləyəcəklər. Bununla yanaşı, ən çox fəallıq diskret və fasiləsiz istehsal tərəfindən gözlənilir.

Məhsul və xidmətlərin distribusiyasının payı 642 milyon dollar təşkil edəcək. Onların əksər hissəsi pərakəndə satış və peşə xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərdən daxil olacaq.

Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.

Nizam Nuriyev





Baxış sayı: 462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024