Tarix:07/03/19
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bu səbəbdən “ICANN” domen adı qeydiyyatçılarını “DNS” sistemi üçün aktiv mühafizə tədbirləri görməyə – ünvanların həqiqiliyini rəqəmli imza ilə təsdiq etməyə imkan verən “DNSSEC” texnologiyasının tətbiqinə çağırır. “DNS” özək zonası “ICANN” tərəfindən 2010-cu ildə təsdiq edilsə də, hazırda dünyada domen adı qeydiyyatçılarının yalnız 20 faizi bu texnologiyadan istifadə edir.
Qeyd edək ki, yanvarda ABŞ Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (Cybersecurity and Infrastructure Security Agency, CISA) “DNS” sisteminin mühafizəsi üçün tədbirlərin görülməsini nəzərdə tutan qərar dərc edib. Agentlik tərəfindən aşkarlanan sistemə edilmiş bir sıra hücumlar zamanı cinayətkarlar serverlərin ünvanlarını dəyişərək saytların elektron poçtunu və trafikini ələ keçiriblər.
Nizam Nuriyev
“ICANN” təşkilatı “DNSSEC” texnologiyasının tətbiqinə çağırır
Domen adlar sistemi (DNS) internet infrastrukturunun ən vacib komponentlərindəndir. “DNS” serverləri istifadəçilərə məlum domen sayt adlarını kompüterlərə saytla bağlantı üçün lazım olan IP ünvanlarına keçirirlər. “DNS” sisteminə tez-tez edilən hücumlar zamanı cinayətkarlar bu ünvanları öz fırıldaqçı saytlarının ünvanlarına dəyişməyə çalışırlar. Bu və digər hücumların təhlükəsi çox yüksək olaraq qalır. Bu barədə internetdə domen adları və zonaların ayrılmasını həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının bəyanatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bu səbəbdən “ICANN” domen adı qeydiyyatçılarını “DNS” sistemi üçün aktiv mühafizə tədbirləri görməyə – ünvanların həqiqiliyini rəqəmli imza ilə təsdiq etməyə imkan verən “DNSSEC” texnologiyasının tətbiqinə çağırır. “DNS” özək zonası “ICANN” tərəfindən 2010-cu ildə təsdiq edilsə də, hazırda dünyada domen adı qeydiyyatçılarının yalnız 20 faizi bu texnologiyadan istifadə edir.
Qeyd edək ki, yanvarda ABŞ Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (Cybersecurity and Infrastructure Security Agency, CISA) “DNS” sisteminin mühafizəsi üçün tədbirlərin görülməsini nəzərdə tutan qərar dərc edib. Agentlik tərəfindən aşkarlanan sistemə edilmiş bir sıra hücumlar zamanı cinayətkarlar serverlərin ünvanlarını dəyişərək saytların elektron poçtunu və trafikini ələ keçiriblər.
Nizam Nuriyev
Baxış sayı: 400
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet