12px13px15px17px
Tarix:12/03/19

“Windows 10” sistemində problemli yeniləmələr avtomatik ləğv ediləcək

“Windows 10” platforması artıq yeni proqram təminatında uyğunsuzluq və ya səhvlərlə əlaqədar əməliyyat sisteminin yüklənməsi vaxtı problemlər yaradan yeniləməni avtomatik siləcək. “Microsoft”un yenilənmiş texniki dəstək səhifəsindəki məlumata görə, problemli yeniləməni quraşdırandan sonra sistemin işini bərpa etmək üçün bütün cəhdlər uğursuz olduqda bu üsuldan istifadə ediləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, bu halda sistem təxminən aşağıdakı mesajı göstərəcək: "Əməliyyat sisteminin yüklənməsi vaxtı yaranan nasazlıqdan sonra qurğunun işini bərpa etmək üçün bu yaxınlarda quraşdırılmış yeniləmələr silinib".
 
Bundan başqa, “Windows” sistemi problemli yeniləmələrin quraşdırılmasını 30 gün müddətinə avtomatik bloklayacaq. Bu müddət ərzində “Microsoft”un mühəndisləri problemi aşkar edərək onları aradan qaldırmalıdır. Həmin müddət bitdikdən sonra “Windows” sistemi yeniləmələri yenidən quraşdırmağa cəhd edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Dekabr 2024

23 12 2024