12px13px15px17px
Tarix:18/03/19

Çin metrosunda sifət üzrə ödəniş sınaqdan keçirilir

Hələ ki sərnişinlərin sifətinin tanınması sistemi Şençjen şəhərinin yeganə stansiyasında eksperimental rejimdə işləyir. Amma texnologiya sürətlə inkişaf edir və yaxın illərdə sifət üzrə ödəniş bütün ölkədə geniş yayılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, məlumata görə, Şençjen şəhərinin metropolitenində Futyan stansiyasında sifət üzrə sınaq ödəniş sistemi istifadəyə verilib. Bilet təqdim etmək və ya smartfonda QR kodu skan etmək əvəzinə, sərnişinlər stansiyanın girişində kiçikölçülü ekrana yaxınlaşmalı və sifətlərini skan etməlidirlər. Sifətin tanınması sistemi insanı tanıdıqdan sonra avtomatik olaraq ona bağlı hesabdan pul çıxacaq.
 
Sözügedən texnologiya “Huawei” şirkətinin köməkliyi ilə hazırlanıb. Sürətli və təhlükəsiz rabitə “5G” şəbəkəsi sayəsində həyata keçirilir.
 
Emil Hüseynov





Baxış sayı: 449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024