12px13px15px17px
Tarix:18/03/19

2021-ci ildə adi mobil telefonların satış həcmi 1 milyardı ötəcək

Smartfon bazarından fərqli olaraq "feature phone" sinfinə (bir qayda olaraq düyməli interfeysə və “ağıllı” telefonlarla müqayisədə az sayda funksiyalar dəstinə malik mobil telefonlar) məxsus aparatların tədarük həcmi yüksəlməyə davam edir. “Counterpoint Research” şirkətinin analitikləri hesab edirlər ki, yaxın illərdə yüksəliş saxlanılacaq: 2019-cu ildə dünyada 400 milyondan çox adi mobil telefon satılacaq, 2021-ci ilədək isə bu göstərici 1 milyardı ötməlidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Hindistan, Yaxın Şərq və Afrika düyməli telefonlar bazarının əsas inkişaf regionları olacaq: 2019-cu ildə "feature phone" sinfinə məxsus qurğuların ümumi satış həcminin 75%-ni bu 3 region təmin edəcək.
 
“Counterpoint” şirkətinin qiymətləndirməsinə görə, 3 il ərzində düyməli aparatların satışından təxminən 16 milyard ABŞ dolları qazanılacaq.
 
"Feature phone" sinfinə məxsus qurğuların satışı üzrə  lider Hindistan hesab edilir, növbəti yerlərdə Banqladeş və Nigeriya qərarlaşıblar.
 
Emil Hüseynov





Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024