12px13px15px17px
Tarix:19/03/19

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Bu gündən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən Novruz Bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.
 
Buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar "Bahar qızı" "Keçəl" və "Kosa" kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, "Aşıq", "Səhəngli qız" və "Yuxayayan qız"  adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib.
 
Hər markanın ölçüsü 28x40 mm təşkil edir.
 
Eyni zamanda, 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb.
 
Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri Anar Mustafayevdir.
 







Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024