Tarix:29/03/19
“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, model 1920 х 1200 piksel təsvir ölçülü 8 düym diaqonallı ekranla təchiz edilib. Ekran həm barmaqlar, həm də komplekt “S Pen” qələmi ilə basılmanı tanıyır. Elektron qələmin saxlanılması üçün planşetin korpusunda xüsusi çıxış nəzərdə tutulub. Bundan başqa, qələm planşetdən fərqli olaraq “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməzdir.
Qurğunun əsasını “Samsung Galaxy M20” smartfonunda tətbiq edilən səkkiznüvəli “Samsung Exynos 7904” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 3, quraşdırılmış isə 32 giqabayta bərabərdir. Bundan əlavə, planşet “MicroSD” kartları (512 giqabaytadək) üçün çıxış, “USB Type-C” portu, 5 və 8 meqapiksel təsvir ölçülü kameralar ilə təchiz olunub. 4200 milliamper/saat tutumlu akkumulyator isə qurğunun 11 saat işləməsini təmin edir.
Qalınlığı 8,9 mm, çəkisi 325 qram təşkil edən “Samsung Galaxy Tab A 8.0 with S Pen” (2019) planşeti həm LTE modem və SİM kart çıxışı versiyasında, həm də bir “Wi-Fi” qoşulma modifikasiyasında təklif olunacaq. Hər iki versiyanın qiyməti barədə məlumat verilmir.
Nizam Nuriyev
Yeni “Samsung” planşeti təqdim olunub
“Samsung” şirkəti “Samsung Galaxy Tab A 8.0 with S Pen” (2019) planşet kompüterini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, model 1920 х 1200 piksel təsvir ölçülü 8 düym diaqonallı ekranla təchiz edilib. Ekran həm barmaqlar, həm də komplekt “S Pen” qələmi ilə basılmanı tanıyır. Elektron qələmin saxlanılması üçün planşetin korpusunda xüsusi çıxış nəzərdə tutulub. Bundan başqa, qələm planşetdən fərqli olaraq “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməzdir.
Qurğunun əsasını “Samsung Galaxy M20” smartfonunda tətbiq edilən səkkiznüvəli “Samsung Exynos 7904” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 3, quraşdırılmış isə 32 giqabayta bərabərdir. Bundan əlavə, planşet “MicroSD” kartları (512 giqabaytadək) üçün çıxış, “USB Type-C” portu, 5 və 8 meqapiksel təsvir ölçülü kameralar ilə təchiz olunub. 4200 milliamper/saat tutumlu akkumulyator isə qurğunun 11 saat işləməsini təmin edir.
Qalınlığı 8,9 mm, çəkisi 325 qram təşkil edən “Samsung Galaxy Tab A 8.0 with S Pen” (2019) planşeti həm LTE modem və SİM kart çıxışı versiyasında, həm də bir “Wi-Fi” qoşulma modifikasiyasında təklif olunacaq. Hər iki versiyanın qiyməti barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 590
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet