12px13px15px17px
Tarix:30/03/19

Süni intellekt vaxtsız ölümün proqnozlaşdırılması üçün tətbiq edilib

Böyük Britaniyanın Nottingem Universitetinin ekspertlərinin apardığı yeni tədqiqat süni intellekti vaxtsız ölümün proqnozlaşdırılması üçün istifadəyə imkan verib.  

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, alim və doktorlardan ibarət mütəxəssislər qrupu ortayaşlı insanlarda xroniki xəstəliklərə görə vaxtsız ölüm riskinin proqnozlaşdırılması üçün kompüter təlimi alqoritmləri sistemini hazırlayaraq sınaqdan keçirib. Məlum olub ki, süni intellekt sisteminin proqnozları insanlar tərəfindən hazırlanan standart yanaşma ilə müqayisədə daha dəqiqdir və daha yaxşı işləyir. 40-69 yaşlı yarım milyondan çox insanın sağlamlıq vəziyyəti haqqında məlumatlardan istifadə edən tədqiqatçıların sözlərinə görə, süni intellekt proqramlarının əksər hissəsi diqqəti bir xəstəlik sahəsinə yönəldib, lakin ölmün müxtəlif faktorlara görə proqnozlaşdırılması xüsusilə ətraf mühitin təsiri nəzərə alınmaqla çox çətindir.     

Tədqiqatçıların fikrincə, süni intellekt riski nəzərə almaqla ayrı-ayrı xəstələr üçün fərdi müalicəni seçən gələcək metodikaların hazırlanmasında əhəmiyyətli rol oynayacaq.

Nizam Nuriyev





Baxış sayı: 400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024