Tarix:11/11/11
Güney Azərbaycanın əyalətlərində polisin zor tətbiq etməklə həyata keçirdiyi əməliyyatlar zamanı sökülən peyk antenalarının çanaqları yararsız hala salınır və qurğuların sahiblərinə qarşı inzibati qaydada tədbir görülür. Ötən gün isə polis Azərbaycan türklərinin sıx yaşadığı Meşkin şəhərində çanaqları sökərək, yarasız hala salıb.
Əhali bunu İran dövlətinin vətəndaşları informasiya blokadasına almaq və dünyadan təcrid etmək siyasəti kimi dəyərləndiriblər. Əməliyyat zamanı dəfələrlə şəhərin sakinləri ilə polis arasında qarşıdurma yaranıb. Çanaqların yararsız hala salınmasına etiraz edən bəzi şəxslər polis şöbələrinə aparılıb.
Qeyd edək ki, İranda islam inqilabından sonra qoyulan sərt qadağalardan biri də peyk antenaları ilə bağlıdır. Bu səbəbdən vətəndaşlar yaşadıqları evin və ya binanın damında peyk antenaları üçün gizli yerlər düzəldərək xarici telekanalları izləyirlər.
Antenaların sökülməsində məqsəd İran vətəndaşlarının, əsasən də azərbaycanlıların Türkiyə və Azərbaycan, o cümlədən xarici televiziya kanallarını izləməsinin qarşısını almaqdır.
İran polisi Güney Azərbaycanda evlərdən peyk antenalarını yığışdırır
İran polisi evlərdə quraşdırılan peyk antenalarının yığışdırılması məqsədilə xüsusi əməliyyata başlayıb. Yerli dövlət qurumlarının nümayəndələrinin də iştirakı ilə şəxsi evlərdə qapalı yerlərdə quraşdırılan peyk antenalarının yığışdırılması prosesi sürətləndirilib.Güney Azərbaycanın əyalətlərində polisin zor tətbiq etməklə həyata keçirdiyi əməliyyatlar zamanı sökülən peyk antenalarının çanaqları yararsız hala salınır və qurğuların sahiblərinə qarşı inzibati qaydada tədbir görülür. Ötən gün isə polis Azərbaycan türklərinin sıx yaşadığı Meşkin şəhərində çanaqları sökərək, yarasız hala salıb.
Əhali bunu İran dövlətinin vətəndaşları informasiya blokadasına almaq və dünyadan təcrid etmək siyasəti kimi dəyərləndiriblər. Əməliyyat zamanı dəfələrlə şəhərin sakinləri ilə polis arasında qarşıdurma yaranıb. Çanaqların yararsız hala salınmasına etiraz edən bəzi şəxslər polis şöbələrinə aparılıb.
Qeyd edək ki, İranda islam inqilabından sonra qoyulan sərt qadağalardan biri də peyk antenaları ilə bağlıdır. Bu səbəbdən vətəndaşlar yaşadıqları evin və ya binanın damında peyk antenaları üçün gizli yerlər düzəldərək xarici telekanalları izləyirlər.
Antenaların sökülməsində məqsəd İran vətəndaşlarının, əsasən də azərbaycanlıların Türkiyə və Azərbaycan, o cümlədən xarici televiziya kanallarını izləməsinin qarşısını almaqdır.
Baxış sayı: 2671
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet