12px13px15px17px
Tarix:03/04/19

“Google+” sosial şəbəkəsi və “Inbox” poçt xidmətinin fəaliyyəti dayandırılıb

“Google” şirkəti “Google+” sosial şəbəkəsini və “Inbox” poçt xidmətinin işini dayandırıb. Hazırda “plus.google.com” ünvanına daxil olduqda  “Google+” xidmətinin daha adi istifadəçilər və brend hesabları üçün əlçatan olmadığı barəsində məlumat göstərilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 2018-ci ilin dekabrında internet nəhəngi 2019-cu ilin aprelində “Google+” şəbəkəsinin adi istifadəçilər üçün əlçatmaz olacağını elan etmişdi.
 
“Google Photo” xidmətində saxlanılmış şəkil və videoların ehtiyat surəti silinməyəcək. Lakin “Google+” xidmətində adi hesabların məzmunu tədricən silinəcək. Bu proses bir neçə ay davam edəcək və bu müddət ərzində məlumatlar əlçatan ola bilər. Hələ ki materiallar silinməyib, onları “Google+”dən yükləmək olar.
 
“Inbox.google.com” səhifəsinə daxil olduqda isə “Gmail” xidmətinin yeni versiyasına keçmək təklif edilir və məlumat verilir ki, “Inbox” poçt xidmətinin dəstəyi 2019-cu ilin martında bitib və “Inbox”un bir sıra populyar funksiyaları artıq “Gmail”də əlçatandır.
 
Emil Hüseynov





Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024