12px13px15px17px
Tarix:11/04/19

Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçildi

Belarus Respublikasının Minsk şəhərində keçirilən “TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli  Pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.

Pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”,  Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkı, eləcə də, “Azercell” və “Delta Telekom” şirkətləri İKT sahəsinə dair xidmət və məhsullarını təqdim edirlər.

Ölkəmiz 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla təmsil olunur.

Qeyd edək ki, "TIBO" Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biridir.









Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024