12px13px15px17px
Tarix:16/04/19

Süni intellekt yeni idman növü yaradıb

"AKQA" Dizayner Agentliyi yeni idman növü icad etmək məqsədilə neyroşəbəkələrin köməyindən istifadə edib. Dörd yüzdən çox fiziki aktivlik tipini təhlil edən süni intellekt alqoritmləri özündə futbol, reqbi və kroket elementlərini birləşdirən spidqeyt (Speedgate) adlı yeni komanda oyununu yaradıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, süni intellekt sistemi təkcə oyunun adı və qaydalarını deyil, eyni zamanda loqotip və devizini hazırlayıb. Kompüterin təqdim etdiyi minə yaxın variantın əksər hissəsi dərhal rədd edilib. Daha uğurlu ideyalar analiz edildikdən, 3 oyun real şəraitdə oynanıldıqdan sonra spidqeyt ən maraqlı oyun kimi seçilib.

 

Bildirilir ki, spidqeyt oyununda 6 nəfərdən ibarət 2 komanda iştirak edir. Meydançanın hər iki tərəfində torsuz iki qapı, orta xətdə isə daha biri quraşdırılır. Oyunçuların vəzifəsi topu əvvəlcə mərkəz dirəklərinin içindən vurmaqla (onları keçmək qadağandır) onu yan qapılardan keçirməkdən ibarətdir. Uzun müddət eyni yerdə dayanmaq qadağandır: qaydalara görə, top əldə 3 dəqiqədən çox qalmamalıdır.

 

Spidqeyt ABŞ-da keçirilən "Dizayn həftəsi" çərçivəsində yaradılıb. Buna baxmayaraq süni intellektin icad etdiyi idman növü real oyuna çevrilmək üçün imkanlara malikdir. Belə ki, "AKQA" Oreqon ştatının İdman İdarəsi ilə bu ilin yayında yeni idman növü üzrə universitetdaxili liqanın keçirilməsi ideyasını müzakirə edir.

 

Nizam Nuriyev

https://player.vimeo.com/video/329197612?title=0&byline=0&portrait=0





Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024