Tarix:19/04/19
“NETTY” mükafatı ölkəmizin informasiya texnologiyaları üzrə ən yaxşı layihələrini, faydalı veb-resurslarını və İT sahəsində fəaliyyət göstərən peşəkarlarını aşkarlamaq və dəyərləndirmək məqsədi ilə artıq 15-ci dəfədir keçirilir.
Cari il aprelin 17-də “www.netty.az” saytında başlanan iştirak üçün ərizə qəbulu mayın 24-dək davam edəcək. Ərizələrin qeydiyyatı ödənişlidir.
Veb-saytlar, proqramlar, sosial şəbəkə səhifələri və onlayn video layihələr mükafatın namizədləri ola bilərlər.
Builki müsabiqə “Dövlət”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron Xidmətlər və Ticarət”, “İdman və Sağlamlıq”, “Cəmiyyət və Ailə”, “Turizm və İstirahət”, “Azərbaycan”, “İlin mobil proqramı”, “Virtual münsiflər heyətinin seçimi”, “Ən yaxşı onlayn-video layihə”, “Sosial şəbəkələrdə ən yaxşı səhifə”, “İlin İT hadisəsi”, “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiyaları üzrə baş tutacaq.
24 - 31 may tarixlərində mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçiriləcək.
İyunun 1-dən NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.
Qaliblərə müsabiqənin əsas mükafatı olan “NETTY” heykəlciyi təqdim edilir.
Qeyd edək ki, “NETTY 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.
Baş partnyoru “Narmobile”, qızıl partnyoru “AZCLOUD”, gümüş partnyoru “FOMINOV Consulting” şirkəti olan müsabiqənin partnyorları qismində “BakuTel” sərgisi, “SmartHost”, “GoldenPay şirkətləri” və “Renley.az” veb-agentliyi çıxış edirlər.
Layihəyə informasiya dəstəyini “Infocity.az”, “Technote.az”, “Oxu.az”, “Media.az”, “Dejure.az” saytları, İTV və CBC telekanalı göstərir.
“NETTY 2019” müsabiqəsinə start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də dəstək verdiyi “NETTY 2019” milli internet mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanılıb.“NETTY” mükafatı ölkəmizin informasiya texnologiyaları üzrə ən yaxşı layihələrini, faydalı veb-resurslarını və İT sahəsində fəaliyyət göstərən peşəkarlarını aşkarlamaq və dəyərləndirmək məqsədi ilə artıq 15-ci dəfədir keçirilir.
Cari il aprelin 17-də “www.netty.az” saytında başlanan iştirak üçün ərizə qəbulu mayın 24-dək davam edəcək. Ərizələrin qeydiyyatı ödənişlidir.
Veb-saytlar, proqramlar, sosial şəbəkə səhifələri və onlayn video layihələr mükafatın namizədləri ola bilərlər.
Builki müsabiqə “Dövlət”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron Xidmətlər və Ticarət”, “İdman və Sağlamlıq”, “Cəmiyyət və Ailə”, “Turizm və İstirahət”, “Azərbaycan”, “İlin mobil proqramı”, “Virtual münsiflər heyətinin seçimi”, “Ən yaxşı onlayn-video layihə”, “Sosial şəbəkələrdə ən yaxşı səhifə”, “İlin İT hadisəsi”, “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiyaları üzrə baş tutacaq.
24 - 31 may tarixlərində mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçiriləcək.
İyunun 1-dən NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.
Qaliblərə müsabiqənin əsas mükafatı olan “NETTY” heykəlciyi təqdim edilir.
Qeyd edək ki, “NETTY 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.
Baş partnyoru “Narmobile”, qızıl partnyoru “AZCLOUD”, gümüş partnyoru “FOMINOV Consulting” şirkəti olan müsabiqənin partnyorları qismində “BakuTel” sərgisi, “SmartHost”, “GoldenPay şirkətləri” və “Renley.az” veb-agentliyi çıxış edirlər.
Layihəyə informasiya dəstəyini “Infocity.az”, “Technote.az”, “Oxu.az”, “Media.az”, “Dejure.az” saytları, İTV və CBC telekanalı göstərir.
Baxış sayı: 404
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet