12px13px15px17px
Tarix:19/04/19

Avstraliyada depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlayıblar

Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "bizim qurğumuz, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır" – universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına deyib.

 

İstehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

 

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.

 

Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

 

Emil Hüseynov





Baxış sayı: 483

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024