“Huawei” şirkəti 600 dollar məbləğində “5G” smartfon istehsal edəcəyinə söz verir
“Huawei” şirkəti 5-ci nəsil mobil şəbəkəsinə qoşulma imkanına malik ucuz smartfon istehsalı haqqında planını bölüşüb. İstehsalçı belə telefonun qiymətinin 600 dolları ötməyəcəyinə dair söz verib və bu, rəqib şirkətlərin müvafiq modelləri ilə müqayisədə 2 dəfə ucuzdur.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Financial Times” nəşrinə müsahibəsində Çin şirkətinin marketinq direktoru Piter Çjou bu barədə məlumat verib. Onun proqnozuna görə, sözügedən qurğunun qiyməti 2020-ci ilədək daha ucuz olacaq.
Yüksəksürətli “5G” şəbəkəsini dəstəkləyən 600 dollarlıq smartfon bazarda ən əlverişli təklif olacaq. Müqayisə üçün, aprelin əvvəlində Cənubi Koreyada təqdim edilmiş “Samsung Galaxy S10” aparatının qiyməti 1200 dollardan çoxdur.
Emil Hüseynov
Baxış sayı: 537
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet