12px13px15px17px
Tarix:19/04/19

NRYTN-in dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”-də yerləşdirilib

Ötən ilin 11-13 iyul tarixlərində Bakıda keçirilmiş VI Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics”in saytında  (keçmiş “Tomson Reyter” agentliyi) yerləşdirilib.

Fəxri sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olan konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin
Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdu.

Konfransın əsərlərindən ibarət kitabdakı 220 məqalədən 73-ü  Bakı Dövlət Universitetinin o cümlədən 20-si Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.

Əsərlərin redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başardır.
Qeyd edək ki, seçilmiş geniş həcmli məqalələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çap olunan Azərbaycanın yeganə İSİ İmpakt Faktorlu (2.365) “Applied and Computational Mathematics” beynəlxalq jurnalında çap olunacaq.

İmpakt Faktor elmi jurnallarda dərc olunan akademik məqalələrin əhəmiyyətinə və beynəlxalq elmi ictimaiyyət tərəfindən həmin nəşrə olan istinad sayına görə təqdim edilir.

Xatırladaq ki, artıq ənənə halını almış bu konfrans Bakıda dördüncü dəfə təşkil olunurdu. Beynəlxalq tədbirdə Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya,  Meksika, Ukrayna,  İran, Hindistan, Şimali Kipr Türk Respublikası, Pakistan, Gürcüstan, Bolqarıstan, Küveyt  və digər ölkələrdən gəlmiş 250-yə yaxın alim və tədqiqatçı iştirak edirdi.








Baxış sayı: 490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024