Tarix:23/04/19
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, iyunda satışa çıxarılacaq qabaqcıl “Master Series Z9G 8K HDR TV” televizor ailəsinə 85 və 98 düym diaqonallı iki model daxildir. Qiyməti müvafiq olaraq 13 və 70 min dollar təşkil edəcək televizorlar 7680 × 4320 piksel təsvir ölçüsünə malikdir, eləcə də təsvir keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra texnologiyaları, “Wi-Fi 802.11ас” simsiz rabitəsini və s. dəstəkləyir.
Bundan başqa, may-iyunda 3840 × 2160 piksel təsvir ölçülü 55, 65 və 77 düym diaqonallı “Master Series A9G 4K OLED TV” modelləri satışa çıxarılacaq. Qiyməti müvafiq olaraq 3500, 4500 və 8 min dollara bərabər olacaq qurğular üzvi işıq diodlar (OLED) texnologiyası əsasında hazırlanıb.
Bildirilir ki, mayda satışlarına başlanacaq 55 və 65 düym diaqonallı “Sony A8G 4K OLED TV” televizorları 2500 və 3500 dollara təklif olunacaq.
“Sony X950G 4K HDR TV” ailəsinə 55, 65, 75 və 85 düym ölçülü dörd “LCD” model daxil olacaq. Onların qiyməti 1400 və 5 min dollar arasında dəyişəcək. Bundan əlavə, alıcılara 3500 dollarlıq 85 düym diaqonallı “Sony X850G 4K HDR TV” modeli təklif ediləcək.
Həmçinin, Yaponiya istehsalçısı tezliklə 43-75 düym diaqonallı “Sony X800G 4K HDR TV” televizorlarının satışına başlamağı planlaşdırır. Onların qiyməti modifikasiyadan asılı olaraq 650 dollar və 2 min dollar arasında dəyişəcək.
Nizam Nuriyev
Yeni “Sony” televizorlarının qiyməti açıqlanıb
“Sony Electronics” korporasiyası 2019-cu il “ağıllı” televizor modelləri sırasının qiymətini və satışa başlanma müddətini açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, iyunda satışa çıxarılacaq qabaqcıl “Master Series Z9G 8K HDR TV” televizor ailəsinə 85 və 98 düym diaqonallı iki model daxildir. Qiyməti müvafiq olaraq 13 və 70 min dollar təşkil edəcək televizorlar 7680 × 4320 piksel təsvir ölçüsünə malikdir, eləcə də təsvir keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra texnologiyaları, “Wi-Fi 802.11ас” simsiz rabitəsini və s. dəstəkləyir.
Bundan başqa, may-iyunda 3840 × 2160 piksel təsvir ölçülü 55, 65 və 77 düym diaqonallı “Master Series A9G 4K OLED TV” modelləri satışa çıxarılacaq. Qiyməti müvafiq olaraq 3500, 4500 və 8 min dollara bərabər olacaq qurğular üzvi işıq diodlar (OLED) texnologiyası əsasında hazırlanıb.
Bildirilir ki, mayda satışlarına başlanacaq 55 və 65 düym diaqonallı “Sony A8G 4K OLED TV” televizorları 2500 və 3500 dollara təklif olunacaq.
“Sony X950G 4K HDR TV” ailəsinə 55, 65, 75 və 85 düym ölçülü dörd “LCD” model daxil olacaq. Onların qiyməti 1400 və 5 min dollar arasında dəyişəcək. Bundan əlavə, alıcılara 3500 dollarlıq 85 düym diaqonallı “Sony X850G 4K HDR TV” modeli təklif ediləcək.
Həmçinin, Yaponiya istehsalçısı tezliklə 43-75 düym diaqonallı “Sony X800G 4K HDR TV” televizorlarının satışına başlamağı planlaşdırır. Onların qiyməti modifikasiyadan asılı olaraq 650 dollar və 2 min dollar arasında dəyişəcək.
Nizam Nuriyev
Baxış sayı: 480
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet