12px13px15px17px
Tarix:26/04/19

Yeni “Turksat” peyklərinin hazırlanması üçün kredit ayrılıb

Böyük Britaniyanın “U.K. Export Finance” təşkilatı “Turksat-5A” və “Turksat-5B” peyklərinin hazırlanması üçün Türkiyə Maliyyə Nazirliyinə 325 milyon dollar məbləğində kredit ayırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, hazırda “Turksat” qruplaşmasına üç telekommunikasiya peyki daxildir. Türkiyə tərəfi yeni peyklərin hazırlanması üçün “Airbus Defence and Space” şirkətinə ödəniş edəcək.

 

“Turksat-5A” peykinin 2020-ci ildə, ikinci peykin isə bir il sonra orbitə çıxarılması planlaşdırılır.

 

Xatırladaq ki, Türkiyə hökuməti “Turksat-5B” peykinin yaradılması üçün “Airbus Defence and Space” şirkəti ilə sazişi 2017-ci ildə imzalayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024