12px13px15px17px
Tarix:27/04/19

Full HD ekranlı “Vivo” smartfonu hazırlanır

Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında "V1730GA" kod işarəli orta səviyyəli yeni "Vivo" smartfonu haqqında məlumatlar yerləşdirilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 6,26 düym diaqonallı və 2280 × 1080 piksel təsvir ölçülü Full HD formatlı ekranın tətbiq edildiyi qurğunun qabaritləri 154,81 × 75,03 × 7,89, çəkisi isə 150 qram təşkil edir.

 

Bildirilir ki, yeni modeldə adı açıqlanmayan 1,95 QHs takt tezlikli səkkiznüvəli prosessordan istifadə edilib. Alıcılara 4 və 6 giqabayt operativ yaddaş versiyaları arasında seçim imkanı təklif olunacaq.

 

Ön kamera 16 meqapikselli şəkillər çəkir. Əsas kamera isə 13 və 2 milyon pikselli irəli çəkilmiş sensor blok şəklində hazırlanıb. Arxada barmaq izi skaneri quraşdırılıb.

 

Quraşdırılmış yaddaşın tutumu 64 giqabayta bərabərdir. Əlavə olaraq "microSD" kartını quraşdırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3180 milliamper/saat təşkil edir.

 

Hazırda smartfonun hansı adla kommersiya bazarına çıxarılacağı məlum olmasa da, onun "FunTouch OS UI" interfeysli "Android 9 Pie" əməliyyat sistemi ilə tədarük ediləcəyi bildirilir.

 

Nizam Nuriyev





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024