12px13px15px17px
Tarix:30/04/19

Tayvan “6G” şəbəkəsi sahəsində tədqiqatlar aparır

“B5G (beyond 5G)” və “6G” tədqiqat layihələrinin fəal axtarışında olan Tayvanın Elm və Texnologiyalar Nazirliyi 2030-cu ilədək yeni texnologiyalara tələbatı ödəmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, nazirlik az enerji sərf edən və az istilikverən istehlak qurğuları üçün mikrosxemlərin və “mmWave” çoxdiapazonlu antenaların inteqrasiyası üçün texnologiyaların hazırlanmasına prioritet diqqət yetirir.

 

Bundan başqa, kiçik “B5G” baza stansiyaları üçün genişzolaqlı məlumat ötürmə və qəbul sistemi, mobil qurğular üçün radiotezlik qəbuledicilərinin hazırlanması, eləcə də siqnalın modullaşdırılması texnologiyaları və çoxməqsədli antenalar xüsusi əhəmiyyət kəsb edir.

 

Nazirliyi maraqlandıran elmi tədqiqatlar kimi terahers tezlikli diapazonda rabitə üçün fiziki arxitektor, alqoritm və komponentlərin hazırlanması qeyd olunur.

 

“6G” sahəsində tədqiqat layihələri qarşısında qoyulan əsas məqsədlərə məlumatların bir istifadəçi üçün 10-100 Qbit/saniyə sürətində ötürülməsinə nail olmaq, eləcə də eyni zamanda olan 100-1000 müstəqil modullaşdırılmış şüanın formalaşdırılması daxildir.

 

Nizam Nuriyev





Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024