12px13px15px17px
Tarix:01/05/19

Yarımkeçirici məhsulların rüblük tədarükü kəskin azalıb

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (Semiconductor Industry Association, SIA) cari ilin ilk rübü üçün dünya yarımkeçirici məhsullar bazarının qiymətləndirməsini aparıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, məlumata görə, yanvar-martda satış həcmi təxminən 96,8 milyard dollar təşkil edib. Bu, ötən ilin sonuncu rübü ilə müqayisədə 15,5 faiz, 2018-ci ilin ilk rübünə nisbətdə isə 13,0 faiz azdır.

 

Martda qlobal miqyasda yarımkeçirici məhsullara tələbat pul ifadəsində 32,3 milyard dollara bərabər olub. Qeyd edək ki, bir il əvvəl bu göstərici 37,1 milyard dollar təşkil edib. Beləliklə, tədarük həcmində 13 faiz azalma qeydə alınıb.

 

Martın yekunları üzrə tələbatın azalması bütün bazarlarda müşahidə edilib. Belə ki, ABŞ regionunda pul ifadəsində tədarük həcmi 26,6 faiz azalıb. Yaponiyada azalma 11,1 faiz, Avropada isə 6,8 faiz təşkil edib. Çin və Asiya-Sakit okean regionunda satışların azalması 9,4 və 9,3 faiz səviyyəsində olub.

 

Assosiasiyanın statistikası dünya informasiya texnologiyaları bazarının inkişafının zəifləməsindən xəbər verir. Bununla belə, yarımkeçirici məhsulların satış həcminin yaxın rüblər ərzində yenidən artacağı istisna edilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024