12px13px15px17px
Tarix:02/05/19

“Huawei” öz televizorlarını çox güclü prosessorlarla təchiz edəcək

“Huawei” şirkəti güclü prosessora, 8K təsvir ölçüsünə malik və “5G” mobil rabitə standartını dəstəkləyən televizorlar təqdim etməyi planlaşdırır. Bu haqda etibarlı mənbələrə istinadən Yaponiyanın “Nikkei” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ən qabaqcıl televizorlar daxili “5G” modemi ilə təchiz ediləcək və 8K təsvir ölçüsünə malik məzmunu göstərəcək. Sözügedən televizorlar sferik videolar (tamaşaçı istənilən istiqamətdə seyr edə bilər) kimi "ağır" məzmuna baxış üçün müvafiq olacaq.

 

Televizorlar “Huawei” şirkətinin istehlak elektronikası ekosisteminə daxil ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024