Tarix:03/05/19
Baş nazir Novruz Məmmədov Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb.
Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib.
Təməli ulu öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxıstan əlqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Baş nazir ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını, keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Bildirib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər bu gün ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcud olduğunu sübut edir. "Hesab edirəm ki, dost ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var və sizin səfəriniz əməkdaşlığımızın genişləndirilməsi baxımdan xüsusi əhəmiyyət daşıyır",- deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.
Nazir Askar Jumaqaliyev bildirib ki, müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq daha da möhkəmləndirilib və bu gün Azərbaycan-Qazaxıstan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etdirilir.
Görüşdə Azərbaycanın və Qazaxıstanın Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlı olduğu vurğulandı. Həmçinin Xəzər dənizində birgə fəaliyyətə, nəqliyyat, rabitə, müdafiə sənayesi, kosmik sənaye, İKT, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Baxış sayı: 459
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet