12px13px15px17px
Tarix:06/05/19

“Huawei” şirkəti Britaniyada elmi tədqiqat mərkəzi tikəcək

Çinin “Huawei” şirkəti Böyük Britaniyanın Kembric şəhəri yaxınlığında mikrosxemlərin hazırlanması üzrə elmi tədqiqat mərkəzinin inşasını planlaşdırır. Mərkəzin əsas fəaliyyət istiqamətləri genişzolaqlı şəbəkələr üçün çiplərin hazırlanması olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni mərkəz “Spicers” dəftərxana şirkətinin 1796-cı ildə tikilən baxımsız zavodunun yerində ucaldılacaq. Yenidən qurulacaq zavodun yerləşdiyi 220 hektar torpaq sahəsi 57,5 funt-sterlinqə satın alınacaq. Yerli sakinlərə bildirilib ki, 2021-ci ildə fəaliyyətə başlayacaq müəssisə 400 iş yerinin yaradılmasına imkan verəcək. Çin şirkəti, həmçinin bəyan edib ki, gələcəkdə yerli sakinlərin ehtiyac duyduğu tibb mərkəzlərinin və digər şəhər infrastrukturu obyektlərinin tikintisinin maliyyələşdirilməsi mümkündür.

 

Xatırladaq ki, “Huawei” şirkətində minə yaxın britaniyalı çalışır və onların təxminən 120-si Kembric şəhərində yaşayır. Ötən il şirkət 5 il ərzində ölkədə biznesin inkişafına təxminən 3 milyard funt-sterlinq investisiya yatırmaq niyyətində olduğunu açıqlayıb. Kembricdə elmi tədqiqat mərkəzinin tikintisi bu strategiyanın tərkib hissəsidir. “Huawei” nümayəndəsi qeyd edib ki, istehsalçı uzun müddətdir Kembric Universiteti ilə əməkdaşlıq edir. Yeni elmi tədqiqat mərkəzinin yaradılması şirkətə ali təhsil müəssisəsinin ən yaxşı məzunlarını işə qəbul etməyə imkan verəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Aprel 2020

04/04/20
Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub

Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən 

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.

03 04 2020

03/04/20
Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcm

03/04/20
“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti yeni “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş apar

03/04/20
Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda

03/04/20
Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün t

03/04/20
İkiekranlı “Asus” oyun noutbuku təqdim olunub

“Asus” şirkəti iki ekranla təchiz edilən “ROG Zephyrus Duo 15” oyun noutbukunu nümayiş etdirib.

03/04/20
“Samsung” karantinə yerləşdirilən koronavirus xəstələrinə smartfonlar paylayır

Cənubi Koreyanın “Samsung” şirkəti koronavirus epidemiyası ilə mübarizəyə töhfə verməyə başlayaraq xəstə,

03/04/20
“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq

ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına 

03/04/20
“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

“Facebook” şirkəti istifadəçilərə “Zoom” kommunikasiya xidmətinin analoqunu – “Messenger”in mas

03/04/20
“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 1