“Windows 10” sistemli qurğuların sayı 900 milyonu ötüb
“Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aktiv kompüterlərin ümumi sayı 900 milyonu ötüb. Bu barədə “Microsoft” korporasiyasının nümayəndələri Sietldə keçirilən “Build 2019” konfransında bildiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, ABŞ istehsalçısının nümayəndələrinin sözlərinə görə, tezliklə istifadə olunan kompüterlərin əksər hissəsi “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Xatırladaq ki, “Windows 10” sistemi 2015-ci ildə buraxılsa da, kompüter istifadəçiləri uzun müddət “Windows 7” əməliyyat sistemindən imtina etmək istəməyiblər. 2018-ci ilin sonunda isə “Microsoft” korporasiyası “Windows 7” sisteminin 2020-ci ildə dəstəklənməsini dayandıracağını açıqlayıb.
“Net Applications” şirkətinin məlumatına görə, 2019-cu ilin aprelində “Windows 7” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayı kompüterlərin ümumi sayının 36,43 faizini təşkil edib. Bundan başqa, “Windows 10” sisteminin payı 44,10 faizədək artıb.
Nizam Nuriyev
Baxış sayı: 647
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet