Yaponiyada ən sürətli sərnişin qatarının sınaqlarına başlanılıb
Yaponiyanın “JR East” dəmir yolu şirkəti 400 km/saat sürətlə hərəkət edən “Alfa-X” sərnişin qatarının sınaqlarına başlayıb. Bu barədə “East Japan Railway Co” (JR East) şirkətinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, mayın 10-da on vaqondan ibarət ilk eksperimental “Alfa-X” qatarı Aomori-Senday marşrutu üzrə hərəkətə başlayıb. Sınaqların ilkin mərhələsi 3 il davam edəcək, qatarın tam istismara verilməsi isə 2030-cu ilə planlaşdırılır.
Bildirilir ki, “Alfa-X” qatarının xarakterik xüsusiyyəti tunelə daxil olan zaman küləyin müqavimətinin qarşısını almağa imkan verən 22 metrlik müqavimət sipəridir. Yaponiya mütəxəssislərinin fikrincə, “Alfa-X” sərnişinləri təxminən 360 km/saat sürətlə daşıyacaq ki, bu da onu Çinin Pekin və Şanxay şəhərləri arasında 350 km/saat sürətlə hərəkət edən “Fuxing Hao” qatarından daha sürətli edəcək.
Qeyd edək ki, martda Çinin Çjetsyan əyalətində Xançjou-Tsyuyçjou yüksəksürətli dəmir yolu magistralının tikintisinə başlanılıb. Yüksəksürətli qatarların yeni magistralda 350 km/saat sürətlə hərəkət edəcəkləri planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 479
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet